ABŞ koalisiyasının Suriyaya hücumu; 15 nəfər öldü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296243-abŞ_koalisiyasının_suriyaya_hücumu_15_nəfər_öldü
ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya" qırıcılarının bazar ertəsi gecə Suriyanın şərqində Deyruz-Zura hava hücumunda bir ailənin 10 üzvü daxil olmaqla 15 suriyalı həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2018 06:19 Asia/Baku
  • ABŞ koalisiyasının Suriyaya hücumu; 15 nəfər öldü

ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya" qırıcılarının bazar ertəsi gecə Suriyanın şərqində Deyruz-Zura hava hücumunda bir ailənin 10 üzvü daxil olmaqla 15 suriyalı həlak olub.

Suriya hökuməti dəfələrlə BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə məktub ünvanlayaraq ABŞ koalisiyasının Suriyadakı cinayətlərinə son qoyulmasını istəyib. 

ABŞ-ın başçılıq etdiyi "İŞİD əleyhinə koalisiya"nın Suriya və İraqdakı hücumlarını araşdıran AirWars nəzarət qrupu son vaxtlar bildirib ki, koalisiyanın 2014-cü ildən bəri İraq və Suriyadakı hava hücumları nəticəsində 3 mindən çox sivil həlak olub.