Rusiya İranın Suriyadakı iştirakının qanuni olduğunu vurğuladı
Rusiya xarici işlər naziri deyib: İran İslam Respublikası Suriya hökumətinin müraciəti əsasında qanuni şəkildə bu ölkədə iştirak edir.
İRNA-nın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bazar ertəsi günü Moskvada Valda Siyasi Klubunun 14-cü konfransının kənarında deyib: Fransa hökumətinin İranın öz qüvvələrinin Suriyadan çıxarmalı olduğunu dediyi zaman, Parisin Suriyanın qanuni hökumətinin müraciəti əsasında İranın bu ölkədə iştirakını unutduğunu göstərir.
Lavrov əlavə edib: Əksinə, Fransa və ABŞ Suriya hökumətinin icazəsi olmadan bu ölkədə öz xüsusi hərbçilərini yerləşdirib və bu da qeyri-qanuni sayılır.
Rusiya xarici işlər naziri həmçinin deyib: Suriyada Fransa, Britaniya və dünyanın müxtəlif bölgələrindən muzdlular vardır və Suriyada döyüşürlər.