Afrində kürd yaraqlıların tələfatının sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296281-afrində_kürd_yaraqlıların_tələfatının_sayı_artıb
Türkiyə Ordusu Baş Qərargahı Suriyanın şimalında Afrin şəhərində Türkiyə hökumətinə müxalif həlak olan kürdlərin sayının 1700 nəfəri keçdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2018 16:38 Asia/Baku
  • Afrində kürd yaraqlıların tələfatının sayı artıb

Türkiyə Ordusu Baş Qərargahı Suriyanın şimalında Afrin şəhərində Türkiyə hökumətinə müxalif həlak olan kürdlərin sayının 1700 nəfəri keçdiyini bildirib.

Anadolu İnformasiya Agentliyinin məlumatına görə, Türkiyə Ordusu Baş Qərargahı çərşənbə axşamı günü bir bəyanatda bildirib: Zeytun Budağı əməliyyatı başladıqdan bəri, Afrin şəhərində 1715 kürd yaraqlısı öldürülüb.

Türkiyə bundan öncə Afrin əməliyyatında müxalif kürdlərin tələfatının sayını 1369 nəfər və Türkiyə ordusunun həlak olan hərbçilərinin sayını təxminən 40 nəfər elan etmişdi.

Suriyanın Afrin bölgəsində Zeytun Budağı əməliyyatı 20 yanvarda başlayıb və ikinci ayına daxil olub.

Türkiyənin Afrində kürd yaraqlılara qarşı hərbi əməliyyatı ABŞ hökumətinin Suriya kürd yaraqlılarından ibarət 30 min nəfərlik sərhəd qvardiyası yaratmaq istədiyini elan etməsindən bir neçə gün sonra başlanıb.