Mahmud Abbas Britaniya və ABŞ-ı tənqid atəşinə tutdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296397-mahmud_abbas_britaniya_və_abŞ_ı_tənqid_atəşinə_tutdu
Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbas çərşənbə axşamı BMT-nin Təhlükəsizlik Şurasında Fələstini mövzusunda keçirilən iclasda Fələstin xalqının başına gələn bütün müsibətlərə görə Britaniyanın məsuliyyət daşıdığını deyib və ABŞ-ın ikili siyasətlərini tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2018 14:25 Asia/Baku
  • Mahmud Abbas Britaniya və ABŞ-ı tənqid atəşinə tutdu

Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbas çərşənbə axşamı BMT-nin Təhlükəsizlik Şurasında Fələstini mövzusunda keçirilən iclasda Fələstin xalqının başına gələn bütün müsibətlərə görə Britaniyanın məsuliyyət daşıdığını deyib və ABŞ-ın ikili siyasətlərini tənqid edib.

BMT-ni İsrail əleyhinə mövqe sərgiləməkdə ittiham edən ABŞ-ın bu təşkilata olan maliyyə yardımlarını dayandırması, bu təşkilatın Fələstinlə bağlı mövqeyini dəyişməsinə səbəb olmayıb. Əksinə, BMT-nin baş katibi paytaxtın Qüdsə köçürülməsini qınayıb. İclas qanunsuz yaşayış massivləri salması və paytaxtın Qüdsə köçürülməsinə görə, İsrail əleyhinə tənqidlər meydanına çevrildi. Fransa, Qazaxıstan, Boliviya, İsveç, Rusiya, Çin və hətta, Ekvatorial Qvineya da bu məsələdə İsraili işğalçı adlandırdılar. Fələstin Özünüidarə Təşkilatının başçısı Mahmud Abbas da, bütün deyilənlərə əlavə olaraq, deyib: Ötən 70 ildə 705 iclasın  heç bir nəticəsi olmayıb. Qiyamətə kimi davam etsə də, bu iclasların nəticəsi olmayacaq.

Alqış səsləri İsrailin BMT-dəki səfiri Dani Denonu daha da qəzəbləndirmişdi. Buna görə də “ar olsun” dedi.

Sonra ABŞ-ın BMT-dəki səfiri Niki Heyli onun köməyinə gələrək, mövzu ilə heç bir əlaqəsi olmadığı halda, yenidən İrala bağlı təkrar iddialarla çıxış etdi. Qüdslə bağlı qərarlarını isə dəyişməyəcəklərini dedi. Əlbəttə, BMT-nin İsrailə qarşı nifrət dolu baxışa malik olduğunu da etiraf etdi.

Britaniya isə həmişəki kimi bir nala, bir də mıxa vurub. Fələstinlilər isə, bütün müsibətlərinə görə Britaniyanın məsuliyyət daşıdığını dedilər.

İclasın nəticəsi bir daha İsraili işğalçı adlandıran bir bəyanatın qəbul edilməsi oldu.