HƏMAS: Mahmud Abbasın açıqlaması Fələstinin milli mövqeyini əks etdirmir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i296453-hƏmas_mahmud_abbasın_açıqlaması_fələstinin_milli_mövqeyini_əks_etdirmir
Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS ötən gün Fələstin Özünüidarə Təşkilatının sədrinin BMT Təhlükəsizlik ŞUrasındakı çıxışını sərt şəkildə tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 22, 2018 06:00 Asia/Baku
  • HƏMAS: Mahmud Abbasın açıqlaması Fələstinin milli mövqeyini əks etdirmir

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS ötən gün Fələstin Özünüidarə Təşkilatının sədrinin BMT Təhlükəsizlik ŞUrasındakı çıxışını sərt şəkildə tənqid edib.

Fələstin İnformasiya Mərkəzinin Ən-Nəşrəyə istinadla verdiyi məlumata görə, Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS bir bəyanatda Oslo sazişinə son qoymaq, sionistlərlə hər hansı müzakirəyə qarşı çıxmağa dair Fələstinin milli mövqeyini vurğulayaraq bildirib: Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbasın Təhlükəsizlik Şurasındakı çıxışı Fələstinin milli mövqeyinin bəyan etmir və qərarların verilməsində özbaşına siyasətin genişlənməsinə səbəb olur. 

HƏMAS bu bəyanatda İsrail rejiminin cinayətlərinin davam etməsi, eləcədə ABŞ-ın Fələstin xalqına qarşı qərarını nəzərə alaraq Mahmud Abbasın saziş müzakirələrinə qayıtmağa və məğlubiyyətə uğramış bu müzakirələri davam etdirməyə çalışmasını qınayıb. 

Bu hərəkat milli birliyin möhkəmləndirilməsi prosesinin sürətləndirilməsi yolu ilə Fələstin Özünüidarə Təşkilatı sədrinin özbaşınalığına son qoyulması, həmçinin müqavimət seçiminə əsaslanan milli strategiyanın tənzimlənməsini istəyib. Belə ki, fələstinlilərin milli amalları və hüquqları müdafiə olunsun. 

Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbas ötən gün sionist rejimlə təslimçi saziş müzakirələrinin yenidən başlanmasına dərhal hazır olduğunu bildirib.