Sionistlərin işgəncəsi nəticəsində fələstinli əsir şəhid olub
Həbsdən sonra sionist hərbçilər tərəfindən ağır şəkildə döyülən fələstinli gənc şəhid olub.
Fars Xəbər Agentliyinin məlumatına görə, Fələstinli Əsirlərin Məsələləri üzrə əl-Əsir klubu bildirib: 33 yaşlı Yasin Ömər əl-Səradih İordan çayının qərb sahilində yerləşən Ərihada sionist rejim hərbçiləri tərəfindən əsir götürüldükdən sonra şəhid olub.
Vətən internet portalının məlumatına görə, bu fələstinli gənc sionist hərbçilər tərəfindən ağır şəkildə döyülüb və nəticədə şəhid olub.
Ərihada əl-Əsir klubunun direktoru Eyd Bərahəmə deyib: Sionist hərbçilər bu gün səhər Əriha şəhərinə basqın edərək əl-Səradihi döyüblər, sonra isə naməlum məkana aparıblar. Hazırda da bu şəhidin saxlanıldığı yerlə bağlı heç bir məlumat yoxdur
Sionist rejim hərbçiləri həmçinin ötən gecə Səlfit, Tulkərm və Kifl Harisdə bir qrup fələstinlini saxlayıblar.