Afrində Suriyanın bayrağı və B.Əsədin şəkilləri ucaldılıb
Fev 23, 2018 08:44 Asia/Baku
-
Afrində Suriyanın bayrağı və B.Əsədin şəkilləri ucaldılıb
Suriya dövlətinə tərəfdar qüvvələrin Afrin sakinlərini himayə üçün bu məntəqəyə daxil olmaları davam edir.
Suriya xalq qüvvələrinin çərşənbə axşamı günündən başlanan Afrinə daxil olmaları davam edir. Afrin şəhərinin sakinləri bu qüvvələri qarşılayır və Suriya bayrağı ilə Suriyanın prezidenti Bəşşar Əsədin şəkillərini ucaldırlar.
İndiyədək Suriya xalq qüvvələrindən təqribən beş yüz nəfər Afrin şəhərinə daxil olub və gözlənilir ki, bu qüvvələrin digər bir hissəsi də iki yüz nəfərlik dəstələrlə yüngül və ağır silahlarla yanaşı bu məntəqəyə daxil olacaqlar.
Teqlər