Terrorçuların Dəməşqə qarşı mərmi hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i297011-terrorçuların_dəməşqə_qarşı_mərmi_hücumları_davam_edir
Təkfirçi terrorçuların Suriyanın paytaxtına qarşı mərmi hücumlarının davamında bu gün Dəməşqin əl-Dəvilə məntəqəsi bu hücumların hədəfinə çevrilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2018 17:55 Asia/Baku
  • Terrorçuların Dəməşqə qarşı mərmi hücumları davam edir
    Terrorçuların Dəməşqə qarşı mərmi hücumları davam edir

Təkfirçi terrorçuların Suriyanın paytaxtına qarşı mərmi hücumlarının davamında bu gün Dəməşqin əl-Dəvilə məntəqəsi bu hücumların hədəfinə çevrilibdir.

Terrorçuların Dəməşqin əl-Dəvilə məntəqəsinə qarşı mərmi hücumları maliyyə xəsarətləri, həmçinin insan tələfatı və xəsarətinə səbəb olubdur.

Terror qruplarının şənbə günü Şərqi Vahə məntəqəsindən Dəməşqin müxtəlif məntəqələrinə qarşı mərmi hücumlarında üç suriyalı mülki ölüb, təqribən altmış nəfər də yaralanıbdır.

Suriyanın ordu qüvvələri terrorçuların Dəməşqin Şərqi Vahə məntəqəsindəki mövqelərinə qarşı quru əməliyyatına başlayıblar. Eyni zamanda, Suriya ordusunun qırıcı təyyarələri terrorçuların Şərqi Vahə məntəqəsinin ətrafında yerləşən qəsəbələrdəki toplaşma mərkəzlərini bombardman edirlər.