Rusiya sivilləri Şərqi Qutədən çıxarmağa çalışır
-
Rusiya sivilləri Şərqi Qutədən çıxarmağa çalışır
Rusiya Suriyanın Şərqi Qutə bölgəsində terrorçulardan sivillərin yaradılan təhlükəsiz dəhlizlər vasitəsi ilə bu bölgədən çıxmasına icazə vermələrini istəyib.
Tass Xəbər Agentliyinin məlumatına görə, Suriyada qarşıdurma tərəfləri arasında Barışıq üzrə Rusiya Mərkəzinin rəhbəri general Yuri Yotoşenko deyib: Bu mərkəz Suriya rəsmilərinin koordinasiyası ilə sivillərin Şərqi Qutədən çıxarılmasına çalışır.
O deyib: Şərqi Qutədən sivillərin, eləcə də xəstələr və yaralıların çıxmasına zəmanət vermək üçün fövqəldaə tədbirlər görülüb.
Yotoşenko əlavə edib: BMT Təhlükəsizlik Şurasında 30 günlük atəşkəs qətnaməsinin təsdiqlənməsinə rəğmən, Şərqi Qutədə vəziyyət hələ də acınacaqlıdır. Çünki bu bölgədə terrorçular sivilləri girov götürüblər.
O deyib: Terrorçuların başçılarından təhlükəsiz dəhlizlərin yaxınlıqlarındakı əraziləri minalardan təmizləmələrini və sivillərə Şərqi Qutədən çıxmaq icazəsini vermələrini istəyirik.
Təhlükəsizlik Şurası üzvlərinin razılaşmasına əsasən, Suriyada 30 günlük atəşkəs rejimi bərpa olunub. Bu müddət ərzində bəzi bölgələr, xüsusilə də Şərqi Qutəyə humanitar yardımların göndərilməsinə şərait yaradılacaq. Əl-Qaidə, Ən-Nüsrə Cəbhəsi və İŞİD terror qruplaşmaları bu atəşkəsdən istisna olunurlar.
Şərqi Qutə Dəməşq yaxınlığında strateji bölgədir. Suriya ordusu bu bölgəni terrorçulardan təmizləməyə çalışır.