Mosulun qərbində xristianların kütləvi cəsədləri olan qəbir aşkarlanıb
-
Mosulun qərbində xristianların kütləvi cəsədləri olan qəbir aşkarlanıb
İraq təhlükəsizlik qüvvələri Mosulun qərbində xristianlara məxsus kütləvi bir qəbir aşkarlayıblar.
Rovado xəbər televiziyasının məlumatına görə, təhlükəsizlik rəsmisi deyib: İraq təhlükəsizlik qüvvələri Mosulun qərbində Baduş yaxınlığında Həlilədə İŞİD terrorçuları tərəfindən qətlə yetirilən 40 xristianın cəsədi olan kütləvi məzar aşkarlayıblar.
İraq təhlükəsizlik qüvvələri həmçinin çərşənbə günü Bəac şəhərində əl-Zərkə kəndində İŞİD-ə məxsus kütləvi məzarlıq aşkarlayıblar. Həmin məzarlıqda təxminən 100 İŞİD ünsürünün cəsədi olub. Belə ki, onlar göstərişlərdən boyun qaçırdıqlarına və daxili ixtilaflara görə edam olunublar.
Ötən aylar ərzində İraqda İŞİD-in məğlubiyyətindən sonra təhlükəsizlik qüvvələri azad olunan bölgələrdə onlarla kütləvi məzarlıq aşkarlamışlar.