Əl-İbadi regionda hərhansı toqquşmanın terrorizmə gətirib-çıxaracağını deyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i299001-Əl_İbadi_regionda_hərhansı_toqquşmanın_terrorizmə_gətirib_çıxaracağını_deyib
İraqın baş naziri Heydər Əl-İbadi regionda hərhansı toqquşmanın terrorizmin ortaya çıxması ilə nəticələnəcəyini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 18, 2018 05:57 Asia/Baku
  • Əl-İbadi regionda hərhansı toqquşmanın terrorizmə gətirib-çıxaracağını deyib
    Əl-İbadi regionda hərhansı toqquşmanın terrorizmə gətirib-çıxaracağını deyib

İraqın baş naziri Heydər Əl-İbadi regionda hərhansı toqquşmanın terrorizmin ortaya çıxması ilə nəticələnəcəyini deyib.

İRNA-nın verdiyi məlumata görə, Heydər Əl-İbadi dünən Bağdadda Ayətullah seyid Məhəmməd Baqir Həkimin şəhadətinin ildönümü günü mərasimində etdiyi çıxışında deyib: Bu gün İraq qonşu ölkələr və Orta şərq regionunda layiqli mövqeyini əldə edib. 

İraqın baş naziri deyib: Bağdad əlaqələrin milli mənafe əsasında qurulmasını istəyir və bu məsələdə iki tirəlik olmamalıdır, sadəcə bir tərəfi nəzərə almaq olmaz.

Heydər Əl-İbadi həmçinin şəhid Məhəmməd Baqir Həkimin mövqeyi barədə deyib: Bu gün elm və əməli birləşdirən, özünü cənnət əhlinin sərvərlərinə çatdıran bir alimin getdiyi şəhadət yolu və onun xatirəsi anılır.