Əsəd: Suriyanın terrorizmlə mübarizəsi bütün dünya ölkələrini müdafiə etmək deməkdir
Suriya prezidenti bu ölkə ordusunun Dəməşqin Şərqi Vahə məntəqəsində yerləşən cəbhənin ön xətlərindəki mövqelərindən baxış keçirərkən ordu qüvvələrinin qarşısında deyib: Siz nəinki Suriyanı, həm də bütün dünya ölkələrini müdafiə etmək üçün terrorizmlə savaşa girmisiniz.
Suriya prezidenti Bəşşar Əsəd suriyalı qüvvələrə xitabən əlavə edib: "Dünya parametrləri" suriyalı hərbçilərin terrorçuları öldürmək üzrə hər bir gülləsinin atılması və "dünyanın siyasi xəritəsi" də Suriyanın ordu qüvvələrinin irəliləyişləri ilə dəyişir.
Bəşşar Əsəd Suriyanın ordu qüvvələrinin terrorizmlə mübarizə yolundakı iştirakını iftixarlı adlandırıb və belə söyləyib: Bu qüvvələr Suriyanın istiqlaliyyəti ilə, tarixi bir addım atdıqları kimi, bu gün də tarix yaratmağı davam etdirirlər.
Suriya prezidenti dünən bu ölkə ordusunun Dəməşqin Şərqi Vahə məntəqəsindəki bazalarından baxış keçirdikdən sonra bu məntəqə sakinlərinin bir qrupu ilə görüşübdür.
Suriya ordusu on səkkiz gün döyüşdən sonra hazırda Şərqi Vahə məntəqəsində terrorçuların işğalı altında olan ərazilərin səksən faizinə yiyələnibdir. Bu ölkənin ordusu və silahlı qüvvələri Şərqi Vahənin müxtəlif məntəqələrində irəliləməkdə davam edirlər.
Şərqi Vahə məntəqəsində yerləşən terror qrupları Dəməşqin əksər yaşayış massivlərini raket və mərmi atəşlərinə tutaraq, çoxlu sayda Suriya vətəndaşının həyatını itirməsinə və ya yaralanmasına bais olublar.