Fələstin "İslami Cihad" hərəkatının rəhbərlərindən biri həbs olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i299210-fələstin_İslami_cihad_hərəkatının_rəhbərlərindən_biri_həbs_olunub
Sionist rejim dünən qərb sahilində yerləşən Cenin düşərgəsində Fələstin "İslami Cihad" hərəkatının rəhbərlərindən olan Şeyx Bəssam Əlsəədini həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 20, 2018 07:01 Asia/Baku
  • Fələstin

Sionist rejim dünən qərb sahilində yerləşən Cenin düşərgəsində Fələstin "İslami Cihad" hərəkatının rəhbərlərindən olan Şeyx Bəssam Əlsəədini həbs edib.

Bu fələstinli mübarizin oğlu İzzəddin Əlsəədi deyib ki, işğalçı rejimin ordu qüvvələri atasının yaxınlarından birinin Əlcəbriyyat məntəqəsindəki evini müharsirə edərək, onu həbs edib və naməlum məkana aparıblar.

Əlsəədi "İslami Cihad" hərəkatının banilərindən sayılır və indiyədək onlarla dəfə həbs edilibdir.

Həmçinin onun anası və iki uşağı da birinci intifazədə şəhid ediliblər. Həyat yoldaşı isə həbs edilibdir.

Qəsbkar sionist hərbçilər cari milad ilinin yanvar və fevral aylarında azı 1319 fələstinlini, o sıradan 274 uşağı və 23 qadını, həmçinin dörd jurnalisti həbs ediblər.