Mart 23, 2018 10:51 Asia/Baku
  • Bağdad Türkiyənin İraqa təcavüzünü pisləyib
    Bağdad Türkiyənin İraqa təcavüzünü pisləyib

İraq xarici işlər nazirliyinin sözçüsü dünən gecə bir bəyanatda Türkiyə qüvvələrinin İraqa qarşı təcavüzünün davam etməsini pisləyib və bildirib ki, bu hərəkətlər iki ölkə əlaqələrinin irəliləyişinə kömək etməyəcək.

Əhməd Məhcub bir daha ölkəsinin İraq ərazisində hər cür hərbi qüvvənin mövcud olmasının və ya hər bir qonşu ölkə tərəfindən bu ölkədə hərbi əməliyyatın keçirilməsinin qəbuledilməz olmasına dair mövqeyini vurğulayıb.

Türkiyə son illərdə PKK qüvvələrini yatırmaq bəhanəsilə dəfələrlə İraq torpaqlarına təcavüz edibdir. Bu təcavüzlər İraq və digər ölkələrin dövlətlərinin kəskin reaksiyaları ilə üzləşibdir.

Dünən Türkiyə qırıcılarının dörd mülkinin dünyasını dəyişməsilə nəticələnmiş İraqın Ərbil vilayətinin Sərkinan, Qəsan və Mavan kəndlərinə qarşı hücumu Türkiyənin İraqa qarşı ən yeni təcavüzüdür.

Teqlər