Mart 25, 2018 08:34 Asia/Baku
  • Küveytin müdafiə naziri: İran olmadan təhlükəsizlik mümkünsüzdür
    Küveytin müdafiə naziri: İran olmadan təhlükəsizlik mümkünsüzdür

Küveytin müdafiə naziri İran və İraqa yaxın olmadan, bölgədə təhlükəsizliyin mümkün olmadığını söyləyib.

Küveytin birinci baş nazir müavini və bu ölkənin müdafiə naziri Şeyx Nasir Əlsəbah "Küveytdə investisiya" konfransında əlavə edib: Real təhlükəsizlik, İran və İraqla sıx əlaqələrdədir və əgər qonşularımızdan arxayınlıq hiss etməsək, daima iztirabda olmalıyıq.

Şeyx Nasir Əlsəbah sonra deyib: Etiraf etməliyik ki, İran böyük bir ölkədir və əzəmətli tarixə malikdir. O, bildirib ki, hazırkı siyasi məsələlər müvəqqətidir.

Küveytin müdafiə naziri həmçinin deyib ki, İran və İraqa yaxınlaşmaq və onlarla əlaqələri genişləndirmək üçün özlərinin digər şərikləri ilə məşəvərət etməkdədirlər.

Teqlər