İraq ordusu və Həşdüşşəbi qüvvələri Səncara daxil oldular
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300008-İraq_ordusu_və_həşdüşşəbi_qüvvələri_səncara_daxil_oldular
İraq ordusu və Həşdüşşəbi qüvvələri Səncar şəhəri və Suriya ilə sərhəd məntəqələrə nəzarəti gücləndirmək məqsədi ilə bu şəhərə daxil olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 27, 2018 07:21 Asia/Baku
  • İraq ordusu və Həşdüşşəbi qüvvələri Səncara daxil oldular
    İraq ordusu və Həşdüşşəbi qüvvələri Səncara daxil oldular

İraq ordusu və Həşdüşşəbi qüvvələri Səncar şəhəri və Suriya ilə sərhəd məntəqələrə nəzarəti gücləndirmək məqsədi ilə bu şəhərə daxil olub.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın PKK-nın sığınacağına çevrilmiş Sincar şəhərinə qarşı hərbi əməliyyatların anonsunu verməsinin ardınca, Sincara qarşı hərhansı hərbi əməliyyatın önünə keçmək üçün İraq ordusu şəhərə və Suriya ilə sərhəd məntəqələrə nəzarəti təmin etmək qərarına gəlib. Bununla da terrorçuların bölgədə sərbəst şəkildə yerdəyişməsinə ciddi maneə  yaranmış olacaq.  Sincar şəhərinin icra başçısı Məhma Xəlil də İraq ordusu və Həşdüşşəbi qüvvələrinin Sincara daxil olması xəbərini təsdiq edib.

Məhma Xəlil bu qüvvələrin bu gün Sincara daxil olduğunu bildirib və yerli qüvvələrin də ordu ilə əməkdaşlıq edəcəyini deyib.

Sincar şəhərinin icra başçısı Türkiyə Silahlı Qüvvələrinin İraq Kürdüstanında 30 kənd və qəsəbəyə nəzarəti ələ keçirdiyi barədə yayılan xəbərləri də təkzib edib.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın dediyinə görə, Türkiyə Milli İstihbarat Təşkilatının rəsmiləri bazar ertəsi günü Sincarda PKK yaraqlılarına qarşı birgə mübarizə haqda İraq rəsmiləri ilə danışıqlar aparmalı idilər.
Ərdoğan həmçinin, bazar günü Türkiyə Silahlı Qüvvələrinin Sincarda PKK-ya qarşı hərbi əməliyyatlarının anonsunu vermişdi. .