Sionist hərbçilər 3 fələstinli gənci həbs ediblər
Mart 28, 2018 05:33 Asia/Baku
Qəzzə zolağı sərhəddindən işğal olunmuş ərazilərə daxil olan üç fələstinli gənc sionis rejim hərbçiləri tərəfindən saxlanılıb.
FransPress-in verdiyi məlumata görə, sionist rejim ordusu dünən iddia edib ki, 3 fələstinli gənc əldə hazırlanmış bömba və küt alət daşıyırmışlar, onlar işğal olunmuş fələstinə Qəzzə zolağının sərhəd təmas xətti vasitəs ilə daxil olduqdan sonra saxlanılıblar.
Sionist rejim ordusu bildirib ki, saxlanılanlar Rəfəh şəhəri sakinləri olublar.
Fələstinli qruplar cümə günü 30 martda Qəzzə zolağının sionist rejim ilə sərhəd bölgələrində geniş miqyaslı "qayıtmaq haqqı" aksiyaları keçirəcəklərini bildiriblər.
Teqlər