Əs-Sisi yenidən Misir prezidenti oldu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300222-Əs_sisi_yenidən_misir_prezidenti_oldu
Misir prezidenti Əbdülfəttah Əs-Sisi ikinci dəfə olaraq prezident seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2018 08:31 Asia/Baku
  • Əs-Sisi yenidən Misir prezidenti oldu

Misir prezidenti Əbdülfəttah Əs-Sisi ikinci dəfə olaraq prezident seçilib.

İRNA-nın verdiyi məlumata görə, Misirdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, Əbdülfəttah Əs-Sisi səslərin 90%-dən çoxunu əldə edib. 

Misir xalqı bazar ertəsi günü prezident seçkilərində iştirak edib. 

Misirdə keçirilən bu ilki prezident seçkilərində sadəcə hazırkı prezident ilə Əl-Ğəd partiyasının namizədi Musa Mustafa Musa rəqabət aparıblar. 

Misirli tənqidçilər seçkilərdə ciddi rəqibin olmadığı üçün, seçkilərin formal xarakter daşıdığını bildirirlər.