Hələbdə kütləvi mazarlıq aşkar edilib
Mart 31, 2018 16:52 Asia/Baku
-
Hələbdə kütləvi mazarlıq aşkar edilib
Suriya qaynaqları Hələb şəhərində kütləvi məzarlığın aşkar edilməsindən xəbər veriblər.
İRNA-nın məlumatına görə, Suriya mediaları səhiyyə mənbələrinə istinadla dünən axşam bu barədə yaydıqları xəbərdə kütləvi məzarlığın Hələb şəhərinin qədim hissəsində, Əl-Səkra məhəlləsində aşkar olduğunu bildiriblər.
Bu məlumata görə, suriya qaynaqları səhiyyə mənbələrinə istinadla Hələbdə aşkar edilən kütləvi məzarlıqda 37 cəsəd dəfn olunub.
Bu cəsədlərin terrorçuların əsirliyində olan şəxslərə aid olduğu ehtimal olunur. Ehtimallara görə, terrorçular Hələb şəhərindən qaçarkən onları qətlə yetiriblər.
Bundan öncə Suriya ordusu Hələb şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatında bir neçə kütləvi məzarlıq aşkar etmişdi.