Sionist hərbçilər 49 fələstinlini yaralayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300380-sionist_hərbçilər_49_fələstinlini_yaralayıblar
Sionist rejim hərbçilərinin Qəzzə zolağında fələstinli etirazçılara hücumlarının ikinci günündə 49 fələstinli yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 01, 2018 04:57 Asia/Baku
  • Sionist hərbçilər 49 fələstinlini yaralayıblar
    Sionist hərbçilər 49 fələstinlini yaralayıblar

Sionist rejim hərbçilərinin Qəzzə zolağında fələstinli etirazçılara hücumlarının ikinci günündə 49 fələstinli yaralanıb.

İRNA-nın məlumatına görə, sionist işğalçılar şənbə günü Rəfəh və Xan Yunusda Qayıdış Haqqı yürüşünün keçirilməsi yolunda qurulan çadırlardakı fələstinlilərə atəş açıblar. 

Fələstin vətəndaşları şəngə günü saxta İsrail rejiminin təşkil olunduğu Nikbət Gününə qədər keçirilməsi qərara alınan Qayıdış Haqqı yürüşlərinin ikinci günündə öz ərazilərinə qayıdışı və Qəzzə zolağının mühasirəsinə son qoyulmasını tələb ediblər. 

Cümə günü də minlərlə fələstinli Torpaq Gününün 42-ci ildönümü günündə Qayıdış Haqqı dinc yürüşlərində Qəzzə zolağının işğal olunmuş ərazilərlə sərhəd bölgəsinə doğru hərəkət etdi. Lakin sionist hərbçilərin hücumu ilə üzləşdi. 

Qüdsü işğal etmiş rejim hərbçilərinin fələstinli etirazçılara hücumunda azı 17 nəfər şəhid olub, 1400-dən çox fələstinli yaralanıb. 

Torpaq Günü ildönümündə fələstinlilərin yürüşü 30 mart 1976-cı ildə fələstinlilərin ərazisinin müsadirə olması haqda sionist rejimin qərarını xatırladır. Bu yürüş hər il keçirilir. 

İsrail rejimi fələstinlilərin ərazilərini müsadirə və sionist qəsəbələr inşa etməklə Fələstin ərazilərinin coğrafi strukturunu dəyişmək və bu bölgələrə sionist struktur vermək niyyətindədir. Belə ki, Fələstin ərazilərindəki istilasını təsbit etsin.