"Qayıdış Haqqı" yürüşünün üçüncü günündə 50 fələstinli yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300488-qayıdış_haqqı_yürüşünün_üçüncü_günündə_50_fələstinli_yaralanıb
İsrail hərbçiləri artıq üçüncü gündür ki, davam edən "Qayıdış Haqqı" yürüşünün iştirakçılarına hücum edərək, 50 fələstinlini yaralayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2018 05:39 Asia/Baku

İsrail hərbçiləri artıq üçüncü gündür ki, davam edən "Qayıdış Haqqı" yürüşünün iştirakçılarına hücum edərək, 50 fələstinlini yaralayıblar.

Cümə günü, "Torpaq Günü" münasibəti ilə başlanan fələstinlilərin böyük "Qayıdış Haqqı" yürüşü İsrail hərbçilərinin geniş hücumuna məruz qalıb. Bu hadisədə 17 fələstinli ölüb, 1400 nəfər isə yaralanıb. 

Fələstin informasiya agentliyinin verdiyi məlumata görə, İsrail hərbçiləri fələstinlilərə qarşı hücumlarının davamında dünən də fələstinlilərə tərəf döyüş güllələrindən atəş açıblar. Nəticədə 50 nəfər yaralanıb. 

Fələstinin Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanıdığını elan etdiyi zamandan bəri 52 fələstinli İsrail hərbçiləri tərəfindən şəhid edilib. Bu müddət ərzində 9000 fələstinli də yaralanıb.