ABŞ Suriyanın Mənbic şəhərinə əlavə hərbi qüvvə göndərib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300502-abŞ_suriyanın_mənbic_şəhərinə_əlavə_hərbi_qüvvə_göndərib
ABŞ suryanın şimalında yerləşən və hazırda Vaşinqton tərəfindən himayə olunan kürd yaraqlılarının nəzarəti altındakı Mənbic şəhərinə əlavə qüvvələr göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2018 07:05 Asia/Baku
  • ABŞ Suriyanın Mənbic şəhərinə əlavə hərbi qüvvə göndərib

ABŞ suryanın şimalında yerləşən və hazırda Vaşinqton tərəfindən himayə olunan kürd yaraqlılarının nəzarəti altındakı Mənbic şəhərinə əlavə qüvvələr göndərib.

Ərəb-21 informasiya portalının verdiyi məlumata görə, Vaşinqton Türkiyənin Suriyanın şimalında kürd yaraqlılarına qarşı hərbi əməliyyatlarını önləmək məqsədilə Mənbic şəhərinə 300 hərbçidən ibarət yeni hərbi kontingent göndərib. Yeni hərbçilər ilə yanaşı ABŞ kürd yaraqlılarına çoxlu sayda zirehli texnika və locistik dəstək də göndərib. 

Amerika hazırda Suriyanın şimalında Fərat çayının sahillərində və PKK terrorçularının nəzarəti altında olan ərazilərdə 3 hərbi bazaya malikdir. 

ABŞ Suriyanın şimalında müstəqil kürd dövləti yaratmaq və ya federal məntəqə formalaşdırmaq, bununla da Suriyanı parçalamaq və İsrailin təhlükəsizliyini təmin etmək üçün kürd yaraqlılarını silahlandırmaqla məşğuldur. Türkiyə isə bunu öz təhlükəsizliyinə qarşı təhdid hesab edərək, regionda ikinci bir "İsrail"in formalaşdırılmasına icazə verməyəcəyini bildirib. 

Türkiyə Suriya ilə sərhədlərinin terrorçulardan təmizlənməsi məqsədilə bu ölkənin şimalında hərbi əməliyyatlara başlayıb. "Zeytun Budağı" adlı bu hərbi əməliyyatlar çərçivəsində indiyə kimi Afrin şəhəri kürd yaraqlılarından təmizlənib. Növbəti hədəf isə Mənbic şəhəri elan edilib.