Türkiyə qırıcıları İraqın şimalını vurdu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300512-türkiyə_qırıcıları_İraqın_şimalını_vurdu
Türkiyə qırıcıları İraqın şimalında, Ərbil və Süleymaniyə yaxınlığında bəzi məntəqələri hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2018 10:00 Asia/Baku
  • Türkiyə qırıcıları İraqın şimalını vurdu

Türkiyə qırıcıları İraqın şimalında, Ərbil və Süleymaniyə yaxınlığında bəzi məntəqələri hədəfə alıblar.

İRİB-nin verdiyi məlumata görə, İraq mediaları Türkiyə qırıcılarının İaqın şimalında PKK yaraqlılarının mövqelərini bombalamasından xəbər veriblər.

Bu, ötən bir həftə ərzində ikinci dəfədir ki, Türkiyə qırıcıları İraq Kürdüstanında PKK yaraqlılarının mövqelərini hədəfə alırlar.

Türkiyə ordusu İraqın şimalında PKK yaraqlılarına qarşı  hərbi əməliyyatlarının yeni mərhələsinə 10 mart tarixindən başlayıb.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bir müddət öncə bu ölkə ordusunun İraqın şimalında, Sincarda PKK yaraqlılarına qarşı hərbi əməliyyatının anonsunu vermişdi.

İraq hökuməti Türkiyənin bu ölkə ərazisindəki hərbi əməliyyatılarına etiraz edərək, Türkiyə hərbi bölmələrinin bu ölkə ərazisindən çıxmasını istəyib.