Yəmən ordusu təcavüzkarlara böyük zərbə vurub
Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəməndə müharibəni başlatdığı zaman tez bir zamanda onu bitirəcəyini təsəvvür edirdi. Lakin Yəmən ordusu və xalqın müqaviməti Səudiyyə Ərəbistanı və müttəfiqlərini məğlubiyyətə uğradıb və onlar Yəməndə heç bir məqsədə nail ola bilməmişlər.
Təcavüzkarların Yəmən xalqına qarşı davamlı cinayətləri, xüsusilə də əl-Hüdeydədə bir yəmənli anaya təcavüz cinayətinə reaksiyada Yəmənin Hərbi Dəniz Donanması Qırmızı dənizdə Ərəbistanın bir neft tankerini atəşə tutub. Yəmənin Hərbi Dəniz Donanmasının bəyanatına görə, bu əməliyyat Qırmızı dənizdə səudiyyəlilərin hərbi gəmilərinin hərəkətlərinin tam şəkildə araşdırılmasından sonra icra olunub. Səudiyyəlilər bu neft tankerinin atəşə tutulmasını etiraf ediblər.
Bu arada YUNİSEF bildirib ki, səudiyyəlilərin əl-Hüdeydədəki cinayətlərində bir qrup uşaq həlak olub, bir qrup da itkin düşüb. YUNİSEF əl-Hüdeydə cinayətini ötən bir neçə ilin ən dəhşətli cinayəti adlandırıb.
Yəmənli ekspert deyib: Qırmızı dənizdə səudiyyəli neft tankerinin vurulması özünü müdafiə etmək üçün Yəmən xalqının təzminatlı hüququdur. Hamı səudiyyə rejiminin Yəmən əleyhinə çoxlu cinayətlər törətdiyini bilir. Həmçinin bu əməliyyat Yəmənin sərhədləri, limanlarının mühasirəsinə reaksiyadır. Buna görə də, Ərəbistan iqtisadiyyatının şah damarı olan neft sektoruna hücum onları Yəmənin mühasirəsinə son qoymağa məcbur edə bilər.
Səudiyyəli sərhəd qüvvələrinə qarşı yəmənlilərin quru əməliyyatları da davam edib. Cizanda səudiyyəlilərin bir neçə səngəri və mövqeyi Yəmən ordusunun ağır artilleriyası tərəfindən atəşə tutulub. Təcavüzkarlar mart ayında səudiyyəlilərin mövqeyinə hücumlarda azı 55 hərbçinin öldüyünü və 60 nəfərin yaralandığını etiraf ediblər.
Yəmən vətəndaşı deyib: Səudiyyəlilər onlarla hərbçisinin öldürüldüyünü etiraf edirlərsə, mütləq bu rəqəm onların bildirdiyindən daha çoxdur. Qənaətimcə, ölkənin sərhəd bölgələrində səudiyyəlilərə qarşı hücumların artırılması səudiyyəliləri müharibəni dayandırmağa məcbur edə bilər.
Bununla əlaqədar Yəmən ordusunun yeni məzunları bu ölkənin Ali Siyasi Şurasının rəhbərinin iştirakı ilə təhsili bitirib və cəbhələrə ezam olunublar. Əs-Səmad bu tədbirdə qeyd edib ki, Yəmən ordusu səudiyyəlilər və müttəfiqləri ilə döyüşmək üçün yetərli imkanlara və gücə malikdir.
Səudiyyəlilər və müttəfiqlərinin Yəməndəki cinayətlərinin artması yəmənlilərin cəbhəyə daha çox qüvvə ezam etməsi və müxtəlif cəbhələrdə hücumlarını artırması ilə nəticələnib.