Sionist rejim hərbçiləri Qüdsə və İordan çayının qərb sahilinə hücum ediblər
Sionist hərbçilər İordan çayının qərb sahili və işğal olunmuş Qüdsdə yerləşən Şəfat düşərgəsinə hücum ediblər.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, sionist rejim hərbçiləri İordan çayının qərb sahilində Nablos şəhərinə hücum edərək bir qrup fələstinlini heç bir səbəb təqdim olunmadan həbs ediblər.
Onlarla sionist şəhərcik qəsəbəsi də sionist rejim hərbçilərinin dəstəyi ilə Babül-Müğaribə istiqamətindən Məscidül-Əqsaya soxulublar.
Son iki gün ərzində 456 sionist qəsəbə sakini yəhudi bayramlar bəhanəsi ilə Məscidül-Əqsaya hücum ediblər.
Məscidül-Əqsanın xətibi Şeyx Əkrəmə Səbri sionistlərin təcavüzlərinə mane olmaq üçün bütün müsəlmanları bu məsciddə geniş iştiraka çağırıb.
Səbri müsəlman ümmət və ərəb xalqlarından müsəlmanların birinci qibləsi qarşısındakı öz öhdəliklərini yerinə yetirməyə və bu məkanlara qarşı hücumların qarşısını almağa çağırıb.
Fələstin İslami Müqavimət Hərəkatı da Məscidül-Əqsanı müdafiənin əhəmiyyətini və bütün mümkün metodkarla müqavimət və intifazə yolunun davam etdirilməsini vurğulayaraq sionist rejimə Məscidül-Əqsaya hücum barədə xəbərdarlıq edib.