"Qayıdış Haqqı" yürüşündə şəhid olan fələstinlilərin sayı artıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300894-qayıdış_haqqı_yürüşündə_şəhid_olan_fələstinlilərin_sayı_artıb
Qəzzə sakinlərinin "Qayıdış Haqqı" yürüşündə İsrail hərbçilərinin atəş açması nəticəsində aldığı yaraların ağırlığı üzündən daha bir fələstinlinin həyatını itirməsi ilə bu yürüşdə şəhid olan fələstinlilərin sayı 20-yə çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 12:55 Asia/Baku

Qəzzə sakinlərinin "Qayıdış Haqqı" yürüşündə İsrail hərbçilərinin atəş açması nəticəsində aldığı yaraların ağırlığı üzündən daha bir fələstinlinin həyatını itirməsi ilə bu yürüşdə şəhid olan fələstinlilərin sayı 20-yə çatıb.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, 30 martda "Qayıdış Haqqı" yürüşündə yaralanan Şadi Həmdan bu gün cümə axşamı yaralarının ağırlığı üzündən həyatını itirib. 

30 mart tarixində başlanan fələstinlilərin "Qayıdış Haqqı" yürüşlərində 2 minə yaxın fələstinli yaralanıb. 

Əl-Aləm kanalının verdiyi məlumata görə, İsrail rejiminin bir ədəd pilotsuz uçan aparatının Qəzzənin şərqinə olan hücumu zamanı da bir fələstinli şəhid olub.