"Qayıdış Haqqı" şəhidlərinin sayı artır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300908-qayıdış_haqqı_şəhidlərinin_sayı_artır
Fələstinlilərin “Qayıdış Haqqı” aksiyaları davam edir. Bununla paralel olaraq İsrail rejiminin fələstinli nümayiş iştirakçılarına qarşı hücumları da fasiləsiz olaraq davam edir. Fələstinli şəhidlərin sayı keçən hər gün daha da artır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 05, 2018 14:54 Asia/Baku
  • "Qayıdış Haqqı" şəhidlərinin sayı artır

Fələstinlilərin “Qayıdış Haqqı” aksiyaları davam edir. Bununla paralel olaraq İsrail rejiminin fələstinli nümayiş iştirakçılarına qarşı hücumları da fasiləsiz olaraq davam edir. Fələstinli şəhidlərin sayı keçən hər gün daha da artır.

“Qayıdış Haqqı” yürüşləri və İsrail hərbçilərinin yürüş iştirakçılarına hücumlarının davam etməsi ilə, fələstinli şəhidlərin və yaralıların sayı ötən hər gün daha da çoxalır. Əhməd Ərəfə adlı fələstinli gənc Qəzzənin mərkəzində yerləşən Bric qaçqınlar düşərgəsinin yaxınlığında İsrail hərbçiləri tərəfindən şəhid edilib.

Aksiya iştirakçılarından biri deyir: “İşğalçı İsrail rejimi qarşısında istənilən növ müqavimət fələstinlilərin təbii və qanuni haqqıdır. Bu rejimin var olduğu zamana kimi müqavimt də davam edəcək. Nə qədər şəhid versək də, işğalçı rejim və onun terrorçu başçıları qarşısında təslim olmayacağıq.”

Əhməd Ərəfənin dəfn mərasimində iştirak edən çoxsaylı insan kütləsi işğal edilmiş ərazilərin sərhəd nöqtəsində keçirilən xalq etirazlarının hər gün daha geniş hal alacağını və sionistlərin vəhşiliklərinin bu yürüşlərin genişlənməsinə mane ola bilməyəcəyini vurğulayıblar.

Şəhid Əhməd Ərəfənin anası deyir: “Fələstinin tam azad olacağı zamana kimi bu yolu davam etdirəcək, bütün torpaqlarımızı sionistlərdən geri alacağıq.”

Dəfn mərasimində iştirak edənlərdən biri də deyir: “Allahın köməkliyi ilə torpaqlarımızın işğal altında qalmasına icazə verməyəcəyik və Qüds Fələstinin paytaxtı olacaq.”

“Qayıdış Haqqı” böyük  yürüşünün davam etməsi ilə yanaşı fələstinli şəhidlərini də sayı artır. Buna baxmayaraq fələstinlilər müqavimət yolundan vaz keçməyəcəklərini deyirlər.