Yüzlərlə sionist Həzrət Yusifin (ə) məqamına hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i300980-yüzlərlə_sionist_həzrət_yusifin_(ə)_məqamına_hücum_edib
Cümə axşamı günü yüzlərlə sionist qəsəbə sakini İordan çayının qərb sahilinin şimalında Nablos şəhərinin şərqində Həzrət Yusifin (ə) məqamına basqın edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2018 05:08 Asia/Baku
  • Yüzlərlə sionist Həzrət Yusifin (ə) məqamına hücum edib

Cümə axşamı günü yüzlərlə sionist qəsəbə sakini İordan çayının qərb sahilinin şimalında Nablos şəhərinin şərqində Həzrət Yusifin (ə) məqamına basqın edib.

Fələstin əl-Youm xəbər portalının məlumatına görə, sionist rejim hərbçilərinin güclü təhlükəsizlik tədbirləri tətbiq etdiyi halda, sionist qəsəbə sakinləri fələstinli gənclərlə toqquşublar. 

Sionist rejim hərbçiləri fələstinlilərə doğru rezin güllələr və gözyaşardıcı qazlardan istifadə ediblər. Bir neçə fələstinli də həbs olunub.