Hakerlər minlərlə sionist portal və internet səhifəsinə hücum ediblər
Apr 06, 2018 05:45 Asia/Baku
Hakerlər Fələstin xalqı və Qayıdış Haqqı yürüşündə şəhid olanlarla həmrəylik istiqamətində İsrail rejiminin 19 mindən çox internet portalını sıradan çıxarıblar.
Əxbar Fələstin İnformasiya Agentliyinin məlumatına görə, Hakerlər cümə axşamı ötən cümə Qəzzə zolağı ilə işğal olunmuş ərazilərin sərhəd bölgələrində keçirilən böyük yürüşün kadrlarını bu portalların əsas səhifələrinə yerləşdiriblər.
Fələstinli media fəalı Xalid Safi deyib: İsrailin internet portallarına haker hücumu Fələstindən kənarda və işğalçıların fələstinlilərin dinc etiraz yürüşündə törətdiyi cinayətlərə reaksiya olaraq həyata keçirilib.
Teqlər