Ermənistanın yeni prezidentinin andiçmə mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301316-ermənistanın_yeni_prezidentinin_andiçmə_mərasimi_keçirilib
Bu gün Ermənistanın yeni prezidentinin andiçmə mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2018 14:56 Asia/Baku
  • Ermənistanın yeni prezidentinin andiçmə mərasimi keçirilib
    Ermənistanın yeni prezidentinin andiçmə mərasimi keçirilib

Bu gün Ermənistanın yeni prezidentinin andiçmə mərasimi keçirilib.

Ermənistan əsas qanununun islahından sonra bu gün bu ölkə parlamentinin növbədənkənar iclasında Armen Sarkisyanın andiçmə mərasimi keçirilib.

Armen Sarkisyan 2015-ci ildə Ermənistanda prezident seçkilərinin ləğv olunmasından və bu ölkədə parlament sisteminin formalaşmasından sonra seçilən Ermənistanın ilk prezidentidir.

Parlament sistemində icra hakimiyyətinin əsas məsul şəxsi, baş nazirdir.

Müxaliflərin tənqidlərilə üzləşən konstitusiya islahatına əsasən, Ermənistan parlamentinin üzvləri martın əvvəllərində bu ölkənin İngiltərədəki sabiq səfiri Armen Sarkisyanı prezident kimi seçdilər.