Şərqi Qutədə bütün oğurlanan suriyalılar azad olunub
Suriya Kütləvi İnformasiya Vasitələri Ceyşül-İslam terrorçularının Şərqi Qutənin Duma şəhərində oğurladıqları bütün sivillərin azad olunduğunu bildiriblər.
Suriya ordusu və Ceyşül-İslam terrorçuları arasında sivillərin həyatını qorumaq məqsədilə iki gün öncə baş tutan razılığa əsasən, bu terror qruplaşması ünsürlərinin 48 saat ərzində Şərqi Qutədəki son bazası olan Duma şəhərindən çıxmasından əlavə, Ceyşül-İslam terrorçularının oğurladıqları bütün şəxslər Suriya ordusuna təhvil verilib və təkfirçi ünsürlər də Hələb vilayətində Cerablusa nəql olunublar.
SANA-nın məlumatına görə, Ceyşül-İslam terorrçularının oğurladığı onlarla şəxs iki avtobusla bazar ertəsi gecə Dumadan əl-Vafidin düşərgəsi yaxınlığında Suriya ordusunun nəzarətində olan bölgələrə daxil olub.
Həmçinin bu avtobusların çıxması ilə Suriya hökuməti Ceyşül-İslam qruplaşmasının bütün ünsürlərinin azad olunması haqda öz vədini yerinə yetirib.
Ötən gün də Ceyşül-İslam ünsürlərinin 2013-cü ildə Ədra əl-Əmaliyyədən oğurladıqları onlarla sivil azad olunub.
Terrorçular çıxmazdan öncə öz qərargahlarını yandırıblar. Belə ki, silah anbarları və onların xarici ölkələrlə əməkdaşlıq sənədləri məhv edilmiş olsun.