Suriya XİN: ABŞ-ın mövqeyinin şiddətlənməsi sürpriz deyil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301662-suriya_xİn_abŞ_ın_mövqeyinin_şiddətlənməsi_sürpriz_deyil
Suriya Xarici İşlər Naziri ABŞ prezidentinin Suriya əleyhinə açıqlamasına reaksiyada bildirib: Suriyada terrorizmi dəstəkləyən və dəstəkləməkdə olan ABŞ kimi qorxaq ölkələrin mövqelərinin şiddətlənməsi bizim üçün heç də sürpriz deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2018 03:51 Asia/Baku
  • Suriya XİN: ABŞ-ın mövqeyinin şiddətlənməsi sürpriz deyil

Suriya Xarici İşlər Naziri ABŞ prezidentinin Suriya əleyhinə açıqlamasına reaksiyada bildirib: Suriyada terrorizmi dəstəkləyən və dəstəkləməkdə olan ABŞ kimi qorxaq ölkələrin mövqelərinin şiddətlənməsi bizim üçün heç də sürpriz deyil.

ABŞ prezidenti Donald Tramp bu gün öz Twitter hesabında Rusiyanın Livandakı səfiri Aleksandr Zasupkinin xəbərdarlığına reaksiya verib.

Rusiyanın Livandakı səfiri xəbərdarlıq etmişdi ki, Moskva Suriyaya doğru atılan hər bir raketi vuracaq.

Tramp yazıb: Hazır ol Rusiya. Çünki bizim raketlərimiz gəlir.

Fars Xəbər Agentliyinin SANA-ya istinadla verdiyi məlumata görə, Suriya Xarici İşlər Nazirliyi çərşənbə günü ABŞ prezidentinin bu açıqlamasına reaksiya verib və bildirib: ABŞ və fransız və ingilis müttəfiqlərinin hərəkətləri Dəməşqin terrorizmlə mübarizəsinə mane ola bilməz.

Suriya XİN-də bir rəsmi bu ölkənin Dumada müxaliflərə iddialı kimyəvi hücum haqda təklifi barəsində deyib: Bu təklif və Suriyada faktaraşdırıcı komandanın iddia olunan hücumu araşdırmaq üçün bu ölkəyə gəlməsi kimyəvi hücum iddiasının Suriyaya hərbi hücum üçün bəhanədən başqa bir şey olmadığını göstərir.