Suriyanın şimalında Ankara ilə müxalif kürdlərdən doxsan nəfər öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i301846-suriyanın_şimalında_ankara_ilə_müxalif_kürdlərdən_doxsan_nəfər_öldürülüb
Türkiyə silahlı qüvvələrinin baş qərargahı bir məlumatda son bir həftə ərzində Suriyanın şimalında Ankara ilə müxalif kürdlərdən doxsan nəfərin öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2018 15:22 Asia/Baku
  • Suriyanın şimalında Ankara ilə müxalif kürdlərdən doxsan nəfər öldürülüb
    Suriyanın şimalında Ankara ilə müxalif kürdlərdən doxsan nəfər öldürülüb

Türkiyə silahlı qüvvələrinin baş qərargahı bir məlumatda son bir həftə ərzində Suriyanın şimalında Ankara ilə müxalif kürdlərdən doxsan nəfərin öldürülməsindən xəbər verib.

Türkiyə silahlı qüvvələrinin baş qərargahı bildirib ki, bu ölkə ordusunun ötən bir həftə ərzində Türkiyənin cənub-şərqi və İraqın şimalında keçirdiyi əməliyyatlarda doxsan nəfər, o sıradan PKK və PYD-nin başçılarından iki nəfər öldürülüb.

Bu məlumatda həmçinin deyilir: Son bir həftə ərzində bu ölkə ordusu əsgərlərinin kürd qruplarla döyüşlərində dörd Türkiyə əsgəri ölüb, on digər əsgər də yaralanıbdır.

Türkiyə silahlı qüvvələrinin baş qərargahının məlumatında vurğulanıbdır ki, Suriyanın şimalında yerləşən Afrin şəhərində "Zeytun budağı" əməliyyatının başlandığı zamandan bəri kürd qrupların tələfatı 3820 nəfərə çatıbdır.

Türkiyə ordusunun əməliyyatı 2018-ci il yanvarın 20-də Afrin məntəqəsində başlanıb və hələ də davam etməkdədir.

Belə bir halda, Suriyanın xarici işlər nazirliyi Türkiyənin bu hərəkətini Suriyanın suverenliyi və ərazi bütövlüyünün pozulması adlandırıbdır.