Suriya ordusu 13 raketi göydə vurub
-
Suriya ordusu 13 raketi göydə vurub
Suriyanın SANA dövlət xəbər agentliyi bildirib ki, Suriya ordusunun havadan müdafiə qüvvələri Dəməşqin 30 km cənubunda Əl-Kisvə bölgəsində 13 raketi hədəfə alaraq göydə vurub.
Adı açıqlanmamış amerikan rəsminin dediyinə görə, Amerikanın bu gün səhər Suriyaya hücumunda Kuruz Tamaha raketlərindən istifadə olunub.
Britaniyanın Müdafiə Nazirliyi də iddia edib ki, Suriyada hədəfə alınmış təsisatlar yaşayış məntəqələrindən uzaqda yerləşibmiş.
Britaniya MN bildirib: Britaniya hərbi təyyarələri Humsun yaxınlığında Suriyanın hərbi təsisatlarına hücum ediblər.
SkayNyus telekanalı bu gün səhər bildirib ki, Suriya paytaxtı Dəməşqin bir neçə yerindən partlayış səsləri eşidilib. Amerikanın CNN telekanalının bildirdiyinə görə isə Suriya havadan və dənizdən hədəfə alınıb.
Əl-Cəzirə telekanalının müxbiri də bildirib ki, indiyədək 30 ədəd Kuruz Tamahak tipli raket Suriyaya atılıb.
Suriyanın dövlət televiziyası isə bildirib ki, bu ölkə ordusu Amerika, Britaniya və Fransanın müştərək hücumları ilə qarşılaşmaqdadır.