Sionistlər işğal olunmuş ərazilərin yəhudiləşdirilməsi siyasətini davam etdirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i304790-sionistlər_işğal_olunmuş_ərazilərin_yəhudiləşdirilməsi_siyasətini_davam_etdirir
Sionist rejim işğal olunmuş bölgələrin yəhudiləşdirilməsi siyasətinin davamında, Təl-Əvivin 60 kilometrliyində yerləşən Yaffada fələstinlilərə aid qəbirləri dağıdıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2018 14:48 Asia/Baku
  • Sionistlər işğal olunmuş ərazilərin yəhudiləşdirilməsi siyasətini davam etdirir

Sionist rejim işğal olunmuş bölgələrin yəhudiləşdirilməsi siyasətinin davamında, Təl-Əvivin 60 kilometrliyində yerləşən Yaffada fələstinlilərə aid qəbirləri dağıdıb.

Əl-Məyadin televiziyasının məlumatına görə, sionist işğalçılar Yaffa şəhərində müsəlmanların qəbiristanlığında skeletləri qəbirlərdən çıxarıb və etik normaları tapdalayaraq rezin çuvallara yığıblar. Sionstlər bu hərəkətdə məqsədin bir yəhudi məktəbinin genişləndirilməsi olduğunu bildiriblər. 

Məlumata görə, sionistlər bundan öncə işğal olunmuş ərazilərin şimalında Hayfa yaxınlığında Qəssam qəbiristanlığında oxşar hərəkəti ediblər. Bu qəbiristanın dağıdılmasının səbəbi də bir İsrail rejimi şirkətinin inşaat aparması olduğu bildirilib. 

İsrail rejimi durmadan Fələstin bölgələrini sionistləşdirməkdədir. İslam abidələri və məkanları, fələstinlilərin mənzilləri və tarixi binalarının dağıdılması, müsəlmanların müqəddəs məkanlarının yerində yəhudi məbədlərinin inşa olunması bu məqsədi daşıyır.