Suriyadakı yerli mənbələr dünəngecəki raket hücumları haqda izahat veriblər
Apr 30, 2018 14:50 Asia/Baku
-
Suriyadakı yerli mənbələr dünəngecəki raket hücumları haqda izahat veriblər
Suriyadakı yerli mənbələr təcili bir xəbərdə bildiriblər ki, dünən gecə Hələb və Həmah ətrafındakı raket hücumları ABŞ və İngiltərə tərəfindən və sionist rejimin kəşfiyyat köməyi ilə həyata keçirilibdir.
Bu mənbələr əlavə ediblər: Böyük ehtimala qarşı, bu raketlər İordaniya və Aralıq dənizi tərəfindən atılıb və bu barədə araşdırmalar davam edir. Həmçinin bu hücumlarda Suriya ordusunun mövqelərinin bir hissəsi hədəfə alınıb. Bu mənbələrin dediklərinə görə, atılmış raketlərin bir neçəsi Suriya ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilibdir.
Həmin mənbələr əlavə ediblər: Bu əməliyyatın yüksək hərbi dəyəri olmayıb və müqavimət mehvərinin son siyasi və döyüş qələbələrini təsir altına qoymaq üçün planlaşdırılıbdır.