Suriya xalqı ABŞ səfirliyinin Qüdsə köçürülməsini qınadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i307384-suriya_xalqı_abŞ_səfirliyinin_qüdsə_köçürülməsini_qınadı
Suriyalılar ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə etiraz olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 14, 2018 08:27 Asia/Baku
  • Suriya xalqı ABŞ səfirliyinin Qüdsə köçürülməsini qınadı
    Suriya xalqı ABŞ səfirliyinin Qüdsə köçürülməsini qınadı

Suriyalılar ABŞ-ın səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinə etiraz olaraq aksiya keçiriblər.

Suriyalı aksiya iştirakçıları bazar günü paytaxt Dəməşqdə aksiya keçirərək, ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi əleyhinə şüarlar veriblər. 

Röyters-in verdiyi məlumata görə, suriyalı aksiya iştirakçıları ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsindən bir gün öncə Dəməşq küçələrində aksiya keçirərək, Fələstin bayrağını dalğalandırıblar. 

Aksiya iştirakçılarından biri Röyters-ə verdiyi müsahibədə ABŞ səfirliyinin Qüdsə köçürülməsini tənqid edib və deyib: ABŞ-ın bu hərəkəti beynəlxalq qanunları pozmaqdır. 

Bu suriyalı aksiya iştirakçısı həmçinin, ABŞ-ın bu qanunsuz hərəkətinin mənfi nəticələri barədə xəbərdarlıq edib.