May 19, 2018 09:33 Asia/Baku
  • Onlarla fələstinli yaralanıb
    Onlarla fələstinli yaralanıb

Sionist rejim hərbçiləri fələstinlilərə qarşı yeni cinayətdə işğal olunmuş Fələstinlə Qəzzə zolağı sərhədlərində Qayıdış Haqqı böyük yürüşünün 8-ci cüməsində 27 fələstinlini yaralayıblar.

Fələstinin MƏA İnformasiya Agentliyinin məlumatına görə, mübarək Ramazan ayının ilk cüməsində Qəzzə zolağını əşrq sərhədlərində on minlərlə fələstinli sionist rejimin cinayətləri və işğalçılığı əleyhinə yürüş keçirib. 

"Şəhidlərə və Yaralılara Vəfadarlıq Cüməsi" adı altında keçirilən yürüşdə sionist rejim hərbçiləri fələstinlilərə qarşı atəş açıblar. 

Minlərlə fələstinli Torpaq Gününün 42-ci illiyində 30 martdan bəri hər cümə günü keçirilən Qayıdış Haqqı yürüşündə iştirak edib. 

Bu yürüşlərdə onlarla fələstinli şəhid olub, minlərlə nəfər də yaralanıb. 

Teqlər