May 22, 2018 09:36 Asia/Baku
  • Suriyanın Hmeymim bazası səmasında bir neçə PUA məhv edilib
    Suriyanın Hmeymim bazası səmasında bir neçə PUA məhv edilib

Rusiyanın müdafiə sistemi Laziqiyyə vilayətində Hmeymim hava bazası yaxınlığında bir neçə naməlum pilotsuz uçan aparatı vurub.

İRNA-nın məlumatına görə, Laziqiyyə vilayətinin Cəbəllə şəhərindəki yerli dairələr ötən gecə bildiriblər: Rusiyanın havadan müdafiə sistemi pilotsuz uçan aparatlara doğru dörd ədəd raket atıb. Ehtimal üzrə bu PUA-lar terrorçulara aid olub. 

Laziqiyyə vilayətinin Hmeymim bazasında Rusiya Sülh və Barışıq Mərkəzinin rəhbəri Yuri Yutoşenko bir bəyanatda bu ölkənin hərbi polis qüvvələrinin Dəməşqin cənub ətrafında Yəlda, Bəbbila və Beyt Səhm qəsəbələrində reydlərə başladıqlarına toxunaraq deyib: Şərqi Qutədə 65 min 800 sivil düşərgələr və müvəqqəti sığınacaqlardan öz ev-eşiklərinə qayıdıb. 

Rusiya Sülh və Barışıq Mərkəzi həmçinin ötən gün Suriyanın Homs vilayətinin şimalında təhlükəzi zonadan 35 min 270 terrorçunun ailəsi ilə birlikdə çıxdığını bildirərək əlavə edib: Bu vilayətdə terrorçularla bağlı iş bağlanıb. 

Teqlər