May 23, 2018 19:47 Asia/Baku
  • Ə.Həkim: Müstəqil İraqın mövcudluğu Yaxın Şərqin sabitliyi üçün zəruridir
    Ə.Həkim: Müstəqil İraqın mövcudluğu Yaxın Şərqin sabitliyi üçün zəruridir

İraq Milli Hikmət cərəyanının sədri Seyid Əmmar Həkim Küveytə səfəri və Küveyt əmiri ilə Şeyx Səbah Ələhməd Əlcabir Əssəbah ilə görüşdə deyib ki, güclü, müstəqil və stabil İraqın mövcudluğu Yaxın Şərqin sabitliyi və təhlükəsizliyi üçün zəruridir.

Əmmar Həkim bu görüşdə İraqın son parlament seçkilərinin keçirilməsindəki uğuruna işarə edərək, bildirib ki, iraqlılar başqalarının köməyi olmadan böhranlardan çıxa biləcək xidmət göstərən bir dövlətin təşkilində qərarlıdırlar.

İraq parlament seçkiləri mayın 12-də 11 milyona yaxın iraqlının iştirakı və 44 faizdən çox bir iştirak ilə keçirildi.

İraq Milli Hikmət cərəyanının sədri həmçinin İraqın dünya, region və qonşu ölkələrlə səmimi əlaqələr qurmaq təmayülünə işarə edərək, vurğulayıb ki, gərgin və çaxnaşmalı bir Yaxın Şərq heç kəsin xeyrinə deyildir.

Teqlər