Rusiya Suriyada 4 hərbçisini itirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i309788-rusiya_suriyada_4_hərbçisini_itirdi
Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Deyrəzzur vilayətində gedən döyüşlərdə 4 hərbi attaşesinin öldürülməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2018 14:23 Asia/Baku
  • Rusiya Suriyada 4 hərbçisini itirdi

Rusiyanın Müdafiə Nazirliyi Suriyanın Deyrəzzur vilayətində gedən döyüşlərdə 4 hərbi attaşesinin öldürülməsindən xəbər verib.

RİA Novosti-nin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi bazar günü bir bəyanat yayaraq, bildirib: Ötən gecə Deyrəzzur vilayətində terrorçular Suriya dövlət qüvvələrinə məxsus bir artilleriya bölməsinə hücum ediblər. Bu hücumda Rusiyanın 2 hərbi attaşesi toqquşma zamanı həlak olub. 

Həmçinin, daha 5 rus hərbçi də bu toqquşmada yaralanıb və Rusiyaya məxsus hərbi qospitala köçürülüb. 

Məlumata görə, həkimlər yaralı hərbçilərdən ikisinin həyatını xilas edə bilməyiblər. Beləliklə terrorçuların hücumunda ölən hərbçilərin sayı 4-ə çatıb. 

Təqribən bir saat davam edən bu toqquşmada Suriya dövlət qüvvələri və Rus hərbi attaşelər 43 terrorçunu öldürməyə nail olublar. Bu əməliyyat zamanı terrorçulara məxsus iri çaplı silahlarla təchiz edilmiş 6 döyüş maşını məhv edilib. 

Rusiya 2015-ci ildən Suriya dövlətinin rəsmi dəvəti əsasında bu ölkədə terrorçulara qarşı savaşda iştirak edir.