Yəmən qüvvələri Səudiyyə muzdlularının qərargahını dağıdıblar
May 30, 2018 09:40 Asia/Baku
Yəmən qüvvələrinin raket bölməsi Əl-Cəuf vilayətində Səudiyyə Ərəbistanı muzdlularının bazasını Qahir M-2 raketi ilə hədəfə alıb.
İRİB-in Əl-Məsirə telekanalına istinadən verdiyi məlumata görə, hücum nəticəsində bir neçə muzlu öldürülüb və yaralanıb.
Yəmən ordusu və xalq komitələri həmçinin Əl-Hədidə vilayətində bir neçə strateji bazanı və əraziləri öz nəzarətlərinə alıblar.
Yəmənin bir PUA da Səudiyyə muzdluları və təcavüzkar koalissiyanın qərb sahilindəki bazalarını dağıdıblar.