İyun 05, 2018 17:27 Asia/Baku
  • Qətər: Raket müdafiə sisteminin alınmasının Ərəbistana aidiyyəti yoxdur
    Qətər: Raket müdafiə sisteminin alınmasının Ərəbistana aidiyyəti yoxdur

Qətərin xarici işlər naziri Rusiyadan S-400 zenit-raket kompleksinin satın alınmasının hakimiyyət məsələsi olduğunu bildirib və deyib: Bu məsələnin Ərəbistan və ya hər hansı başqa ölkəyə heç bir aidiyyəti yoxdur.

İRNA-nın məlumatına görə, Qətər xarici işlər naziri Məhəmməd Bin Əbdürrəhman Ali-Sani bu açıqlamanı Ərəbistan kralı Salman Bin Əbdüləzizin Fransa prezidenti Emmanuel Makrona məktubuna reaksiyada verib. Həmin məktubda Ərəbistan kralı yazıb ki, Qətər S-400 zenit-raket kompleksi ilə təchiz olunduğu halda, bu ölkəyə hərbi hücuma keçəcək.

Bununla yanaşı səudiyyəli məşhur siyasətçi Müctəhid Ərəbistanın Qətər sərhədində bəzi hərbi hərəkətlərindən xəbər verib.

Teqlər