Qəzzə sahilində fələstinli balıqçılar həbs olunublar
Sionist hərbçilər Qəzzə zolağının şimal sahilində üç fələstinli balıqçını həbs ediblər.
Sionist rejimin dəniz qüvvələri bu gün Qəzzə zolağının şimal sahilinə basqın ediblər. Bu zaman üç fələstinli balıqçı həbs edilib.
Digər bir xəbərə görə, sionist rejim məhbəsində saxlanılan fələstinli əsir uşaq Həssan Təmimi görmə qabiliyyətini itirib.
Sionist rejimin zindanlar təşkilatı bu fələstinli uşağa münasib dərman və müalicə əldə etmək icazəsi vermirdi və həmin məsələ onun vəziyyətinin ağırlaşmasına və sonda görmə qabiliyyətini itirməsinə gətirib çıxarıbdır.
Bu fələstinli uşağın öz görmə qabiliyyətini itirməsinə və münasib duruma malik olmamasına rəğmən, sionist rejim hələ də onu mühakimə etmək niyyətindədir. Bu fələstinli uşağın günahı, sionist hərbçilərə daş atmaq elan olunubdur.