Putin: Rus hərbçilərin Suriyada çıxması prosesi davam edir
Rusiya prezidenti bu lkə hərbçilərinin bir qrupunun Suriyadan çıxmasına toxunaraq deyib: Bu qüvvələrin Suriyanı tərk etməsi prosesi davam edir.
İnterFAx İnformasiya Agentliyinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü bu ölkənin hərbi akademiyası məzunlarının qarşısında deyib: Son günlər 1140 rus hərbçisi, 13 təyyarə, 14 helikopter Suriyadan çıxıb.
Rusiya prezidenti əlavə edib: Rusiya silahlı qüvvələrinin Suriyadan çıxması prosesi davam edəcək.
Rusiya hərbi qüvvələri 2015-ci il sentyabr ayında Suriya prezidenti Bəşşar Əsədin qanuni hökumətinin müraciəti ilə terrorizmə qarşı əməliyyatda iştirak etmək üçün bu ölkəyə daxil oldular.
Rusiyanın hal-hazırda Suriyaad iki hərbi bazası vardır. Hmeymim hərbi hava bazası və Tartus hərbi dəniz bazası həmin hərbi bazalardır.