Yəmən ordusu təcavüzkarlara növbəti raket zərbəsi endirib
İyun 30, 2018 12:39 Asia/Baku
-
Yəmən ordusu təcavüzkarlara növbəti raket zərbəsi endirib
Yəmən ordusunun raket bölməsi ölkənin qərb sahillərində Ərəbistan təcavüzkarları və muzdlularının mövqelərini yeni ballistik raketi ilə hədəfə alıb.
Yəmən ordusunun raket bölməsi cümə günü yeni ballistik raketin sınaqdan keçirilməsindən xəbər verərək, qısa mənzilli bu raketin uğurla sınaqdan keçirildiyini və ölkənin qərb sahilində təcavüzkar qüvvələrin mövqeyini hədəfə aldığını bildirib.
Yəmən ordusu həmçinin, təcavüzkar qüvvələrin Qərb sahilində quruya qüvvə endirməsinin önlənilməsindən xəbər verib. Bu əməliyyatda təcavüzkarların ciddi insan tələfatı verdikləri və maddi zərər və ziyan ilə üzləşdikləri bildirilir.