Suriyanın cənubunda Fransa silahları aşkarlanıb
-
Suriyanın cənubunda Fransa silahları aşkarlanıb
Suriya ordusu ölkənin cənubunda Dəra vilayətinin azad edilmiş bölgələrində Fransa istehsalı olan silahları aşkarlayıb.
Əl-Məyadin televiziyasının məlumatına görə, Suriya ordusu Dəra vilayətinin azad olunmuş bölgələrində terrorçuların gizli məkanlarında Fransanın Nexter hərbi təchizatlar şirkətinin istehsal etdiyi tank əleyhinə raketləri aşkarlayıb.
Tank əleyhinə raketlər Dəranın cənub-qərbində Qərz, Köhnə Gömrük və Gərdan əl-Həcan bölgələrində aşkarlanıb.
Suriya ordusu ötən bir neçə gündə ölkənin cənub bölgələrinin azad edilməsi əməliyyatında Dəra vilayətinin böyük hissəsini nəzarətə götürüb və İordaniya ilə sərhəddə önəmli Nəsib sərhəd keçidini terrorçuların işğalından azad edib.
Fransa son illərdə ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin əsas silah təminatçılarından olmuşdur.
Məlumata görə, Suriya ordusu Dəran şəhərini ötən gecə nəzarətə götürüb və terrorçular ağır və yarım ağır silahlarını Suriya ordusuna təhvil verməlidirlər.