Yəmən ordusu Nəcranda Ərəbistan ordusunun mövqelərinə raket zərbəsi endirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i317452-yəmən_ordusu_nəcranda_Ərəbistan_ordusunun_mövqelərinə_raket_zərbəsi_endirib
Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi cümə axşamı Ərəbistanın cənubunda, Nəcran vilayətində səudiyyə hərbçilərinin mövqeyini bir ədəd ballistik raket ilə hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 13, 2018 04:29 Asia/Baku
  • Nəcranda Ərəbistan ordusunun mövqelərinə raket zərbəsi endirib
    Nəcranda Ərəbistan ordusunun mövqelərinə raket zərbəsi endirib

Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi cümə axşamı Ərəbistanın cənubunda, Nəcran vilayətində səudiyyə hərbçilərinin mövqeyini bir ədəd ballistik raket ilə hədəfə alıb.

Mehr informasiya agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələrinin raket bölməsi Ərəbistan hərbçilərinin Nəcrandakı mövqelərini bir ədəd "Zilzal1" ballistik raketi ilə hədəfə alıb. 

Bu raketin tam dəqiqliklə hədəfi vurduğunu deyən Yəmən ordusunun raket bölməsi bildirib: Bu raket hücumunda bir qrup səudiyyə muzdlusu yaralanıb. 

Bundan öncə Yəmən ordusunun sözçüsü Şərəf Loğman təcavüzkar qüvvələri hərbi və iqtisadi təsisatlarının, Yəmənə qarşı hücumların davam etdiyi zamana kimi amanda olmayacağını demişdi. 

Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti, ölkənin mühasirədə saxlanılmasına rəğmən, hər gün daha da güclənir.