Yəmənin PUA və raket əməliyyatında onlarla səudiyyəli muzduru öldürülüb və yaralanıb
-
Yəmənin PUA və raket əməliyyatında onlarla səudiyyəli muzduru öldürülüb və yaralanıb
Yəmən müqavimət qüvvələrinin raket və Pilotsuz Uçan Aparatlarla ölkənin müxtəlif cəbhələrində keçirdiyi son əməliyyatda səudiyyəli muzdlular və hərbçilərdə onlarla nəfər öldürülüb və yaralanıb.
Mehr İnformasiya Agentliyinin əl-Məsirə televiziyasına istinadla verdiyi məlumata görə, Yəmən müqavimət qüvvələri Səudiyyə Ərəbistanının Cizan vilayətinin Qaim əl-Saiyabə bölgəsində səudiyyəli hərbçilərin mövqelərini bir raketlə atəşə tutublar.
Həmçinin Yəmən qüvvələri qərb sahilinin Yəxtəl bölgəsinin şimalında Ənbərədə səudiyyəli koalisiyaya bağlı ünsürlərin düşərgəsi əleyhinə Pilotsuz Uçan Aparat vasitəsi ilə əməliyyat keçiriblər.
Yəmən qüvvələrinin bu əməliyyatında Ənbərə düşərgəsində Birləşmiş Ərəb Əmirlikləri hərbçilərinin komandanlıq mərkəzi də atəşə tutulub.
Səudiyyə Ərəbistanının cənubunda Nəcranda səudiyyəli hərbçilər və Ərəbistan koalisiyasına bağlı muzdlular Yəmən qüvvələrinin raket hücumu ilə atəşə tutulub. Bir qrup hərbçi və muzdlu öldürülüb və yaralanıb.
Yəmən qüvvələri həmçinin qərb sahili cəbhəsində təcavüzkar qüvvələrin nüfuzetmə əməliyyatını məğlubiyyətə uğradıblar. Nəticədə onlarla ünsür öldürülüb və yaralanıb.
Səudiyyə Ərəbistanı Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə başqa ölkənin dəstəyi ilə 2015-ci ildən Yəmənə hərbi təcavüz edib, bu ölkəni quru, hava və dənizdən mühasirəyə alıb. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəmən əleyhinə militarizmi indiyədək 14 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnib.