İyul 28, 2018 08:06 Asia/Baku
  • AB müfəttişlərinin rəisi Pakistan parlament seçkilərinin sağlamlığını təsdiq edib
    AB müfəttişlərinin rəisi Pakistan parlament seçkilərinin sağlamlığını təsdiq edib

Avropa Birliyinin təftiş heyətinin sədri bildirib ki, Pakistanda parlament seçkiləri qənaətbəxş olub və müfəttişlərin nöqteyi-nəzərincə, seçkilər tam sağlam şəraitdə keçibdir.

Maykl Giller dünən axşam Pakistan parlament seçkilərinin nəticəsinin elan edilməsi və seçkilərin qalibinin məlum olmasından sonra İslamabadda bir mətbuat konfransında iştirak edərək, deyib ki, müfəttişlər seçki bülletenlərini nəzərdən keçirərək, onlarda bir problem müşahidə etməyiblər.

O,əlavə edib: Bütövlükdə Pakistan parlament seçkilərinə nəzarət komisiyyasının fəaliyyəti 2013-ci il ilə müqayisədə daha yaxşı olub.

Pakistan parlament seçkilərinə nəzarət komisiyyasının dünən elan etdiyi nəticəyə əsasən, İmran xanın başçılıq etdiyi Pakistan Tehreek-e-İnsaf Partiyası bu ölkənin milli məclisində 115 yer əldə edərək, seçkilərin qalibi olub.

İmran xan səslərin qəti əksəriyyətini qazana bilməyib; buna görə, koalisiya hökuməti təşkil etməlidir.

Pakistan parlament seçkiləri iyulun 25-də keçirilib.

 

Teqlər